İran İslam Respublikasının neft nazirinin müavini Tehran-Pekin neft müzakirələrinin yeni mərhələyə daxil olduğuna işarə edərək deyib: Çin şirkətləri İranda benzin emalı layihələrinin icrasına hazır olduqlarını elan ediblər.
Mehr İnformasiya Agentliyinə verdiyi müsahibəsində bu məqama toxunan Əlirza Zeyğəmi deyib: Çin şirkətləri İranın benzin emalına, neft və qaz layihələri ilə investisiya qoyuluşuna hazırdırlar.
Onun sözlərinə görə, hazırda Çin şirkətlərinin "Şazənd Ərak" neftayırma zavodunun inşasında fəaliyyətləri müşahidə olunur. Elə bu səbəbdən də biz ölkənin neftayırma zavodunun digər layihələrində Çin şirkətləri ilə əməkdaşlığımızı artıracağıq.
Zeyğəmi onu da qeyd edib ki, son vaxtlar Çin şirkətləri "Faynans"ın təmin edilməsi və neftayırma zavodunun müxtəlif sahələrində əməkdaşlıq təklifləri irəli sürüblər.
Zeyğəmi qeyd edib: Mövcud neftayırma zavodlarının benzin emalı layihələrində çinli şirkətlərin iştirakı, həmçinin İsfahan və Abadan neftayırma zavodlarının genişləndirilməsi gündəmdə duran məsələlərdəndir.
O, müsahibəsinin davamında bildirib ki, ölkədə neft və qaz mayeləri emal edən 7 yeni neftayırma zavodunun inşasında Çin şirkətləri də bu xüsusda yeni təkliflər irəli sürüblər.
İran İslam Respublikası neft nazirinin müavini yeni tikilmiş neftayırma zavodları arasında Kermanşah, Təbriz və Şirazın Anahita, Şəhriyar və Pars neftayırma zavodunun icrasının üstünlük təşkil etdiyinə işarə edərək deyib: Ümumilikdə müzakirələrin ardınca irəli sürülmüş təkliflər barədə qəti qərar çıxarılmalıdır.
Hazırda 7 yeni neftayırma zavodu "Fars Körfəzi Ulduzu" 360 min, "Xuzestan" 180 min, "Hörmoz" 300 min, "Pars" 120 min, "Anahita" 150 min, "Şəhriyar" 150 min və "Kaspian" 300 min barel xam neft və maye qazlar istehsal etmək qüdrətinə malikdirlər.
Xatırladaq ki, 7 yeni neftayırma zavodunun tikintisi ilə ölkədə xam neft və maye qazların emalı 1 milyon 670 min bareldən, təqribən 3 milyon 200 min barelə qədər artacaq.