Xəbərlər arxivi

 
 

 

 

 

 
 

 

 

 


İslam ölkələri arasında məhkəmə əməkdaşlıqları genişlənməlidir

[ 2010-07-20 ]

Didar Larijani reis qovve qazaiyye ba safir jadid Arabistan

İran İslam Respublikası Məhkəmə Hakimiyyətinin sədri müsəlman ölkələri arasında hüquq və məhkəmə əməkdaşlıqlarının genişlənməsinin zəruriliyini vurğulayıb.

Ayətullah Sadiq Amoli Laricani dünən Ərəbistanın Tehrandakı yeni səfiri Məhəmməd İbn Abbas Əlkəlabinin qəbulu zamanı islam ölkələri arasında hüquq və məhkəmə əlaqələrinin, xüsusilə də insan haqları məsələləri ətrafında əməkdaşlıqların möhkəmləndirilməsini qeyd edib.

İran Məhkəmə Hakimiyyətinin sədri iki ölkənin malik olduğu ortaqlıqlara işarə edərək bildirib: İranla Ərəbistan müsəlman ölkələr arasında böyük təsir nüfuzuna malik olduqları üçün iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq genişləndirilməsi müsəlmanların həmrəyliyinin gücləndirilməsi daha çox kömək edə bilər.

Ayətullah Amoli Laricaninin sözlrinə görə İranla Ərbistanın eyni ortaqlıqları düşmənlərin iki mühüm müsəlman ölkəsi arasında qarşıdurma yaratmaq üzrə planlarını zərərsizləşdirə bilər. Ona görə də Tehran Ərriyadla bütün sahələrdə əməkdaşlıqların genişləndirilməsini müsbət qarşılayır.

İran İslam Respublikası Məhkəmə Hakimiyyətinin sədri habelə müsəlman ölkələrin alimlərinin əməkdaşlıq və müzakirələrini müsəlman və islam ölkələri arasında əlaqələrin genişlənməsi üçün mühüm sahə kimi qeyd edib.

Ərəbistanın Tehrandakı yeni səfiri də iki ölkə arasında əməkdaşlıqların möhkəmlənməsinin zəruriliyini vurğulayaraq deyib: Tehranla Ərriyadın tutduğu mövqelərinin daha da yaxınlaşması müsəlmanların izzətinin artmasına, xüsusilə də düşmənlərin fitnələri qarşısında onların uğur qazanmasına səbəb olacaq.