Atom Enerjisi Təşkilatının sözçüsü şənbə günü ölkədə nüvə közərtmə elmi fazasının işə başlayacağını bildirib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İran AET-nin sözçüsü bir müsahibədə deyib: Şənbə günü nüvə közərtmə milli layihəsinin fazasının açılışı, həmçinin bu layihədə yeni işçi qüvvəsinin təlim zamanı öz işinə başlayır. Bu mərasim AET-nin doktor Hesabi adına zalında keçiriləcək.
Bu təşkilatın elm və texnologiya tədqiqat mərkəzi nüvə közərtmə layihəsinin birinci mərhələsini həyata keçirəcək. Həmçinin közərtmə sınaq stansiyasının inşa edərək, bu işdə mötəbər universitetlərin ali məzunları və mütəxəssislər əməkdaşlığa dəvət olunacaqlar.
Bundan öncə AET-nin rəhbəri Əli Əkbər Salehi bu layihə barədə bildirmişdi ki, ölkədə nüvə közərtmə milli layihəsinin həyata keçirilməsi ilə gələn 20 il ərzində nüvə enerjisindən elektrik enerjisi istehsal etməyə nail olacağıq.