İslam İnqilabının Böyük Rəhbəri, Zahidan faciəsində şəhid olan insanların 7-i münasibəti ilə etdiyi müraciətdə ABŞ , Sionist rejim və İngiltərənin jasusluq orqanları bu cinayətlə bağlı günahlandırmışlar
İslam İnqilabının Böyük Rəhbəri Zahidanın Came Məscidində törədilmiş terror hadisəsində bir qrup dindarın şəhid olmasının 7-ci günü münasibəti ilə verdikləri bəyanatda bu cinayətin əsas himayəçilərinin ABŞ, İsrail rejimi və İngiltərənin casusluq orqanları olduqlarını bildirib və deyiblər:Düşmənlərin əsas məqsədlərindən biri, məzhəbi fitnə və ixtilaf törətməkdir. Lakin İran İslam Respublikası dünya imperializminin düşmənçiliyinin öz məqsədinə çatmasına icazə verməyəcək və ölkənin bütün əlaqədar orqanları və qurumları ölkənin təhlükəsizliyi və birliyi ilə düşmən olanlar ilə qətiyyətli davranmalı, ciddi formada mübarizə aparmalı və onları öz əməllərinə görə cəzalandırmalıdırlar.
İyul ayının 15-də Zahidanın Came Məscidi qarşısında baş vermiş iki terror əməliyyatı zamanı 27 nəfər şəhid olmuş, 300-dən çox adam yaralanmışdı.