Xəbərlər arxivi

 
 

 

 

 

 
 

 

 

 


Ərdoğan İranın nüvə hüququnu müdafiə edib

[ 2010-07-28 ]

Ardoghan va kameron nokhost vazier ingilis

Türkiyənin baş naziri Sionist rejimini tənqid edərək İİR-nin nüvə hüququnu müdafiə edib.

Assosiated Pressin Ankaradan verdiyi məlumata əsasən dünən ingiltərəli həmkarı Devid Kameronla görüşən Rəcəb Teyyib Ərdoğan Sionist rejim tərəfindən Qəzzənin mühasirə edilməsini tənqid edərək deyib : Qəzzə əhalisi sionist İsrail rejiminin daimi hücumları və təzyiqləri altındadır və əslində bir üstüaçıq həbsxanada yaşayır.

Türkiyənin baş naziri həmçinin deyib : Sionist rejim komandoslarının beynəlxalq sularda Qəzzə xalqına humanitar yardımlar aparan gəmilərə hücumu, dəniz quldurluğundan başqa bir şey deyildir . Təəccüblüdür ki , dünya xalqı Somalidə dəniz quldurluğu haqda hərəkətə keçirlər. Amma Sionist rejimin cinayətlər haqda susurlar .

Ərdoğan vurğulayıb : İsrail tez bir zamanda üzr istəməlidir və kompensasiya ödəməklə yanaşı Qəzzənin mühasirəsinə son verməlidir .

Türkiyənin baş naziri həmçinin İranın nüvə hüququnu müdafiə edib, dünya qüdrətlərinin Sionist rejimin nüvə cəbbəxanaları haqdakı sükutunu tənqid edərək deyib : Rəsmi Ankara regionda nüvə silahlarının olması ilə müxalifdir.